"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Mənəvi Dəyərlərin Təbliği Fondu Bakıda və Lənkəranda yerləşən Uşaq evlərini ziyarət edib

İyunun 28-də Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri “Bir uşaq-bir ümid” layihəsi çərçivəsində Bakı və Lənkəran şəhərlərində yerləşən Uşaq evlərini ziyarət ediblər.
Bakı şəhəri Nizami rayonunda yerləşən 1 saylı və Lənkəran şəhərində yerləşən qarışıq tipli uşaq evinin balaca sakinləri ilə görüşən Fondun nümayəndələri onlara məktəbli çantası, məktəb ləvazimatları və digər müxtəlif hədiyyələr təqdim ediblər.
Tədbirlərdə Fondun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavinləri Ceyhun Əliyev və Rəfi Qurbanov, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Günay Qurbanova, Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Asif İmanlı, direktorlar, tərbiyəçilər iştirak ediblər. İştirakçılar öz çıxışlarında mənəvi dəyərlərimiz, uşaqların sağlam və parlaq gələcəyi, onların inkişafı ilə bağlı fikirlər səsləndiriblər.
Məlumat üçün bildirək ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Bir uşaq-bir ümid” layihəsi çərçivəsində ölkədə yerləşən uşaq evlərinin ziyarət edilməsi və uşaqlara müxtəlif hədiyyələrin təqdim edilməsi nəzərdə tutulur.

calendar 28-06-2019, 20:30 eye 1 155 eye Paylaş