İyunun 27-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Yardımlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Yardımlı rayonunda “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Yardımlı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mirhəsən Əsgərov, Yardımlı Rayon Gənclər və İdman idarəsinin rəisi Anar Alışov, gənclər, ziyalılar, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Heydər Əliyev və azərbaycançılıq” filmi nümayiş olunub.
Seminarı giriş sözü ilə açan Yardımlı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mirhəsən Əsgərov keçirilən bu kimi tədbirlərin əhəmiyyətini vurğulayaraq rayonda milli-mənəvi dəyərlərin təbliği istiqamətində keçirilən maarifləndirici və digər tədbirlərdən söhbət açıb.
Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov ölkədə yetişməkdə olan yeniyetmə və gənc nəslin şərtləndirdiyi siyasi qərarlardan söz açaraq bildirib ki, bu gün gənclərin milli ruhda böyüməsi, onların dəyərlərimizin inkişafında iştirakının təmin olunması bu siyasətin ana xəttini təşkil edir. R.Qurbanov qeyd edib ki, dəyərlərimizin qorunmasında onlar bir vətəndaş, əsgər, ailə başçısı, dövlət məmuru, müəllim və s. kimi çıxış edirlər.
Daha sonra çıxış edən Yardımlı Rayon Gənclər və İdman idarəsinin rəisi Anar Alışov diqqətə çatdırıb ki, gənclərimiz müasir elmi biliklərə yiyələnmək, layiqli vətəndaş kimi yetişmək istiqamətində əllərindən gələni edirlər.

İyunun 28-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Lerikdə “Qloballaşma və milli kimlik” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, ziyalılar, müəllimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova mövzunun aktuallığı ilə bağlı fikirlərini bildirərək keçirilən tədbirə görə Fondun rəhbərliyinə öz təşəkkürünü bildirib.
Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov “Qloballaşma və milli kimlik” mövzusunda təqdimatla çıxış edib. R.Qurbanov qloballaşma prosesinin cəmiyyətə təsiri və vasitələrini, eləcə də bunun fonunda milli kimliyin mövcud çalarlarının qorunub saxlanılması üçün məqsədyönlü səylərin görülməsinin vacibliyini qeyd edib. Eyni zamanda, milli kimliyimizi xarakterizə edən vəhdətimizi, müxtəlifliyə hörmət, loyallıq və s. kimi anlayışları iştirakçıların diqqətinə çatdırıb.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında dünyada gedən qloballaşma proseslərində milli kimliyimizin və mənəvi dəyərlərimizin qorunub saxlanılmasının zəruriliyini vurğulayıb. Natiq qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycançılıq məfkurəsi milli kimliyimizin əsasını təşkil edir.

Keçirilən tədbirlərin yekununda iştirakçılarla geniş fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.