2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri dövlətimizin qüdrətini nümayiş etdirərək bir sıra hərbi uğurlara imza atmışdır. Belə ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etmiş, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçirmişlər. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etmişdir. Hərbi əməliyyatlar zamanı ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları, 320-dən artıq canlı qüvvəsi məhv edilmiş, düşmənin 500-dən artıq döyüşçüsü yaralanmışdır.
Aprel zəfəri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir. Bizə zəfər sevinci və qələbə inamı bəxş edən edən aprel Şəhidlərimiz millətimizin ən müqəddəs and yeri, baş tacıdır. Aprel döyüşləri zamanı qəhrəmancasına canlarından keçmiş şəhidlərimizi sevgiylə anır, onlara Allahdan rəhmət diləyirik. Onları utunmadıq və unutmayacağıq!