"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mehman İsmayılov: "Dəyərlərimizin dəyərsizləşdirilməsinə yol vermək olmaz"

Son günlər sosial şəbəkələrdə zərərli vərdişlər təbliğ edən “Kazbek” mahnısının sürətlə yayılması ölkə ziyalılar tərəfindən ciddi narahatlıqla qarşılanıb. Artıq bəzi millət vəkilləri gənclərə zərərli vərdişlər aşılayan bu kimi mahnılarla bağlı ciddi ölçü götürülməsi xahişi ilə hüquq-mühafizə orqanlarının rəhbərliyinə müraciət edib.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov da insanlara zərərli vərdişlər təbliğ edən bütün çağırışların qəbuledilməz olduğunu vurğuladı:
“İnsanın hər bir şeyə baxışı onun dünyagörüşü ilə bağlıdır. Dünyagörüşü deyildikdə isə daha çox insanın özünü və ətrafını tanıması və bu tanışlıq nəticəsində qazandığı prinsip və dəyərləri öz həyatına tətbiq etməsi başa düşülür. Sosial şəbəkələrdə yayılmış "Kazbek" mahnısını və onun sədaları altındakı rəqsləri heç bir dünyagorüşün əhatə dairəsinə yerləşdirmək mümkün deyil. Gənclərimizi narkotika aludəçiliyinə və s. zərərli vərdişlərə səsləyən, dəyərlərin dəyərsizləşməsinə gətirib çıxaran bu cür çağırışlar qəbuledilməzdir. Gənclər öz dəyərlərimizi və ümumbəşəri dəyərləri dərindən bilməli, yüksək dünyagörüşünü formalaşdıran dəyər və prinsiplərə yiyələnməyə çalışmalıdırlar .

calendar 1-04-2019, 15:38 eye 892 eye Paylaş