"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondu Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir

Azərbaycan qadını zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını hər zaman layiqincə qoruyub saxlamışdır. Tarix boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazmışdır. Milli-əxlaqi dəyərlərimiz, mədəni-tarixi irsimiz və xalq adət-ənənələri, xəzinəmiz olan dilimizin saflığı keşiyində şərəflə dayanan nənələrin, anaların sayəsində mürəkkəb dövrlərin təqib və sınaqlarına qalib gələrək, bu günədək yaşamaqdadır. 

Əziz qadınlar, sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və səadət dolu günlər, işlərinizdə müvəffəqiyyətlər arzu edirik. Daim üzünüz gülsün, əziz xanımlar! Bəşəriyyətin yarıdan çoxunu təşkil edən sizlər həyatın mənası, bəzəyi və əbədi gözəlliyisiniz.

calendar 7-03-2019, 11:26 eye 1 537 eye Paylaş