Mənəvi Dəyərlərin Təbliği Fondu və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanda xeyriyyəçilik ənənələri” adlı layihə keçirilib

Xəbərlər / Lahiyeler 01-03-2019 15:00 34

Martın 1-də Mənəvi Dəyərlərin Təbliği Fondu və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycanda xeyriyyəçilik ənənələri” adlı layihə keçirilib. Universitet tələbələri arasında xeyriyyəçilik ənənələrinin təbliği məqsədi daşıyan layihə çərçivəsində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə bağlı sosial eksperiment təşkil olunub. Layihə universitet tələbələri tərəfindən böyük maraqla qarşılanıb.