1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində dinc əhaliyə, o cümlədən qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törətmişlər. Hərbi təcavüz nəticəsində 613 nəfər qətlə yetirilmiş, 487 nəfər yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Faciə zamanı 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmiş, 8 ailə tamamilə məhv edilmişdir.
İnsanlığa qarşı ən ağır cinayətlərin törədildiyi “Xocalı faciəsi”nin günahsız qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.