Fevralın 21-də Lerik rayonu Vizəzəmin kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Lerik rayonu Vizəzəmin kənd məscidi dini icmasının təşkilatçılığı ilə “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Mondigah kənd məscidi dini icmasının sədri və İmamı Mədət Abdullayev, Vizəzəmin kənd məscidi dini icmasının sədri Eldar Bünyadov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı dini dəyərlərin mənəvi dəyərlərimizin tərkib hissəsi olduğu vurğulanaraq, milli-mənəvi dəyərlərimizin təbliği baxımından keçirilən maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib. Keçirilən tədbirlərin xalqımızın tarixən mövcud olan tolerant və multikultural dəyərlərinin qorunub saxlanılması baxımından vacibliyi qeyd edilib.