"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fondun dəstəyi ilə Ağcabədidə maarifləndirici tədbir keçirilib

15.02.2019-cu il tarixdə Ağcabədi rayonu Hüsülü kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağcabədi rayonu Hüsülü kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz radikal dindarlığa qarşıdır” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Ağcabədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi rayonu Hüsülü kənd məscidi dini icmasının sədri və imamı Elnur Sadıqov, icma üzvləri, kənd ağsaqqalları və gənclər iştirak etmişdilər. 
Çıxışlar zamanı qeyd olunmuşdur ki, milli-mənəvi dəyərlər xalqın təfəkkür yaddaşıdır. Tarixin bütün dövrlərində qazanılmış nailiyyətlərdir. Azərbaycançılıq, tolerantlıq, multikulturalizm, dilimiz, dinizmiz, ailə dəyərlərimiz, adət və ənənələrimiz gənclərin təlim-tərbiyəsində, onların bir şəxsiyyət kimi formalaşmasında əsas amillərdən biri olduğu kimi, zərərli vərdişlərə qarşı mübarizədə də əsas vasitədir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı

calendar 15-02-2019, 10:10 eye 652 eye Paylaş