"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fondun dəstəyi ilə Xəzər rayonunda tədbir keçirilib

Fevralın 1-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Xəzər rayonu Binə qəsəbəsi “İmam Həsən” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli və mənəvi dəyərlərimizin təbliği dini radikalizmlə mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov, Xəzər rayonu Binə qəsəbəsi “İmam Həsən” məscidi dini icmasının sədri Eldayaq Hüseynov və qəsəbə sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icma sədri E.Hüseynov milli-mənəvi dəyərlərimizin təbliği baxımından keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı A.Sultanov milli-mənəvi və dini dəyərlərə sadiqliyin vacibliyini diqqətə çatdırıb, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə almasında, eləcə də cəmiyyətimizdə vəhdət, qardaşlıq, birlik və həmrəylik prinsiplərinin formalaşmasında milli-mənəvi və dini dəyərlərimizin oynadığı roldan bəhs edib. 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 1-02-2019, 16:48 eye 760 eye Paylaş