"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Fondun dəstəyi ilə Ağdamda “Gəncləri yad təsirlərdən qoruyaq” mövzusu işıqlandırılıb

Yanvarın 29-da Ağdam rayonu Xındırıstan kənd məscidində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağdam rayonu Xındırstan kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərə qarşı mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Gəncləri yad təsirlərdən qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ağdam rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Ramil Cavadov, Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov, Xındırıstan kənd məktəbinin müəllimi Rəşad Kazımov, icma üzvləri, kənd ağsaqqalları və gənclər iştirak ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, gənclərin qayğısına qalmaq, onları düzgün istiqamətləndirmək, vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvi prinsiplər əsasında Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək, sağlam mənəviyyatlı vətəndaş kimi yetişdirmək hamımızın borcudur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 29-01-2019, 11:34 eye 551 eye Paylaş