Yanvarın 28-də Sumqayıt şəhəri Kotec qəsəbəsi “İmam Sadiq” məscidində “İslam dinində humanizm və insan haqları” layihəsi çərçivəsində “İslamda dini dəyərlər və dünyəvilik” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov, “İmam Sadiq” məscidinin imamı Mirfəyyaz Fəttayev, dindarlar və qəsəbə sakinləri iştirak ediblər. Çıxışlar zamanı azərbaycançılıq ideologiyasına və islam dini dəyərlərə sadiqliyin vacib olması diqqətə çatdırılıb..Müqəddəs islam dini dəyərlərinin insanları birliyə, vəhdətə, qardaşlığa səslədiyi vurğulanıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.