"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Xaçmaz rayonu Xudatkənd kənd məscidində mənəvi dəyərlərin təbliğinə həsr olunmuş tədbir keçirilib

Yanvarın 25-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Xaçmaz rayonu Yalama kənd məscidi dini icmasının təşkilatçılığı ilə rayonun Xudatkənd kənd məscidində “Milli-mənəvi dəyərlərimizi qoruyaq və yaşadaq” adlı layihə çərçivəsində tədbir keçirilib. 
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, şöbənin əməkdaşı Aqil Əlisoy, dindarlar, ağsaqqallar, gənclər və kənd ictimaiyyəti iştirak edib.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəslə olduğu kimi ötürülməsi dövlətin əsas məqsədlərindən biridir. 
Quba bölgəsi üzrə şöbənin əməkdaşı Aqil Əlisoy bildirib ki, dövlətimiz milli-mənəvi dəyərlərimizin qorunmasının qarantıdır. Əsrlərdən bu günümüzə qədər süzülərək gələn adət-ənənələrimizin qorunması məqsədilə həm ölkə daxilində, həm də ölkədən xaricdə iş aparılır.  
Xaçmaz rayonu Xudatkənd kənd məscidində dini ayinlərin icraçısı Vahid Hacıyev və dindarlar tədbirdə çıxış edərək bildiriblər ki, dövlətin dini sahəyə, o cümlədən dindarlara və dini icmalara diqqət və qayğısı yüksək səviyyədədir. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

calendar 25-01-2019, 10:42 eye 1 115 eye Paylaş