Yanvarın 24-də Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Masallı rayonu Ərkivan qəsəbəsi “Şeyx Səfi” məscidi dini icmasının təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz və gənclər” adlı layihə çərçivəsində “İslam dini mənəvi dəyərlərə yardımçıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, Masallı rayonu Ərkivan qəsəbəsi “Şeyx Səfi” məscidi dini icmasınin sədri Cəbrayıl Məmmədov,ziyalı Nurəli Nəzərov, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Çıxışlar zamanı İslam dini milli-mənəvi dəyərlərin qarantı olduğu, həmçinin qədim zamanlardandan xalqımızın müxtəlif xalqların nümayəndələri ilə multikultural və tolerantlıq dəyərləri zəminində yaşadığı vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.