"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Sabirabadda "Vətənpərvərlik milli-mənəvi dəyər kimi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

      Yanvarın 22-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Sabirabad rayonu   Əsgərbəyli kəndi “İmam Əli” adına   məscidi  dini icmasının təşkilatçılığı ilə " Vətənpərvərlik milli-mənəvi dəyər kimi” layihəsi çərçivəsində “Dini radikalizmin gənclərin vətənpərvəlik ruhuna mənfi təsiri” mövzusunda  maarifləndirici  tədbir   keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Atakişi  Məhərrəmli, Sabirabad rayon Əsgərbəyli kəndi “İmam Əli” adına kənd məscidi dini icmasının sədri Zakir Əliyev, dini icma üzvləri, kənd ağsaqqalları, ziyalılar və gənclər iştirak ediblər.
Sabirabad rayon  Əsgərbəyli kəndi “İmam Əli” adına məscidin dini icmasının sədri  Zakir  Əliyev tədbiri giriş sözü ilə açaraq gənclərin milli-mənəvi dəyərlərə, yüksək mənəvi-əxlaqi və vətənpərvərlik keyfiyyətlərinə malik olduğunu qeyd edib. Ölkəmizdə keçirilən bu cür maarifləndirici tədbirlərin gənclərin dünyagörüşünün formalaşmasında, vətəndaşlıq tərbiyəsində mühüm rolu olduğunu bildirib.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov öz çıxışında dini radikalizm, onun mahiyyəti, radikal dini qrupların təbliğat metodları, eləcə də dini radikalizmə qarşı aparılan mübarizə tədbirləri haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Atakişi Məhərrəmli çıxışında xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərindən bəhs edərək, milli-mənəvi dəyərlərimizin və vətənpərvərliyin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə zəruriliyini vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran sullar cavablandırılıb.
            

calendar 22-01-2019, 16:21 eye 804 eye Paylaş