"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Tərtərdə “Mənəvi dəyərlərin qorunması və inkişafı” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Yanvarın 18-də Tərtər rayonunda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Tərtər şəhər “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Mənəvi dəyərlərin qorunması və inkişafı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Elvin Umudov,  Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov, Tərtər şəhər “Cümə” məscidinin imam müavini Məhərrəm Rəhimov, rayon ictimaiyyətinin nümayəndələri, dindarlar və icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Elvin Umudov bildirib ki, xalqımız qədim adət-ənənələrlə yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətlərimizi bu gün də yaşadır və inkişaf etdirir. 
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov bildirib ki, keçən əsrin sonlarında milli-mənəvi dəyərlər sistemində yaranmış bəzi boşluqlardan istifadə etməyə çalışan ünsürlər yanlış ideologiyaları, qeyri-ənənəvi adətləri, hətta başqa xalqların xarakterik xüsusiyyətlərindən doğan adətləri təbliğ etməyə çalışırlar.
Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov çıxış edərək bildirib ki, ölkəmizdə yaşayan müxtəlif dini inanclara sahib olan vətəndaşlarımız arasında mövcud olan tolerantlığın və milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi dövlətimiz tərəfindən təmin olunur.
Məruzə ətrafında Tərtər şəhər “Cümə” məscidinin imam müavini Məhərrəm Rəhimov və Tərtər rayon Əskipara kənd məscidinin mütəvəllisi Saleh Ədilov da çıxış ediblər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

calendar 18-01-2019, 11:28 eye 715 eye Paylaş