18.01.2019-cu ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən maliyyə yardımı almış Astara rayonu Kakalos kənd məscidi dini icması tərəfindən həyata keçirilən “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində “20 Yanvar qan yaddaşımızdır” mövzusunda maarifləndirici tədbir keçirilib. Kakalos kənd məscidində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Astara Rayon İcra Hakimiyyəti (RİH) Başçısnın Kakalos kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Raul Məmmədov, Kakalos kənd məscidi dini icmasının sədri Hüseynxan İsayev və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə çıxışında 20 yanvarın Azərbaycan tarixində təkcə faciə deyil, həm də şərəf tariximiz olduğunu qeyd edib. Vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizə dövlətimiz və xalqımız tərəfindən göstərilən yüksək ehtiramdan danışan T.Həsənzadə gənclərin vətənpərvərlik və əsl vətəndaşlıq ruhunda formalaşmasının vacibliyinə diqqət çəkib.Kakalos kənd məscidi dini icmasının sədri Hüseynxan İsayev çıxışında şəhidlik anlayışı, onun mahiyyəti, İslam dinində şəhidliyin uca məqamını qeyd edib. Astara RİH Başçısnın Kakalos kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Raul Məmmədov və digərləri çıxışlarında mövzu ilə bağlı fikirlərini bildiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.