"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Lənkəranda “Tolerantlıq diyarı Azərbaycan” mövzusunda tədbir keçirilib.

        04.01.2019-cu il tarixində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən maliyyə yardımı almış  Lənkəran  rayonu Bəlləbur  kənd məscidi dini icması tərəfindən həyata keçirilən “Dinimiz milli-mənəvi sərvətimizdir” adlı layihə çərçivəsində rayonun Bəlləbur kəndində  maarifləndirici tədbir keçirilib. “Tolerantlıq diyarı Azərbaycan” mövzusunda keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) əməkdaşı Ramin Hüccətov, məktəb direktoru Elçin Səfərov, icma sədri Sabir Cəfərov, kənd ictimaiyyətinin nümayəndələri və gənclər iştirak edib.
      Tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH Başçısı Aparatının İctimai-siyasi  və humanitar məsələlər şöbəsinin müdir müavini-Dini qurumlarla işin təşkilatçısı Asif İmanlı çıxışında əsrlər boyu müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynadığını, özlərinin dini və etnik xüsusiyyətlərini, adət-ənənələrini qoruyub saxlayaraq mədəniyyətlərini inkişaf etdirdiklərini qeyd edib. DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında Azərbaycanın öz multikultural, tolerant yaşam tərzi və milli-mənəvi dəyərləri ilə dünyaya nümunə olduğunu vurğulayıb. E.Həmidli keçirilən maarifləndirici tədbirlərin gənclərin mənəvi-əxlaqi tərbiyəsində və milli-mənəvi dəyərlər əsasında formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov çıxışında ölkəmizdə mövcud olan tolerantlığın xalqımızın milli-mənəvi dəyərləri və tarixi ənənələrindən qaynaqlandığını qeyd edərək, gənclərin bu dəyərləri əxz etməsinin vacibliyi ilə bağlı fikirlərini bildirib. İcma sədri Sabir Cəfərov, məktəb direktoru Elçin Səfərov və digərləri  çıxışlarında xalqımızın birgəyaşayış formasına çevrilən və mənəvi sərvətimiz olan tolerant dəyərlərimizi qorumaq, inkişaf etdirmək və paylaşmağın zəruriliyini vurğulayıblar. 
 Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

calendar 4-01-2019, 16:04 eye 878 eye Paylaş