"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Şamaxıda Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə maarifləndirici tədbir keçirilib.

Dekabrın 21-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Şamaxı rayonu Adnalı kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Vətənpərvərliyin təbliğində ictimai rəy” adlı layihə çərçivəsində “Vətənə bağlılıq” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qafqaz Müsəlmanlarının İdarəsinin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Adnali kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asim Mahmudov, məscidin  imam müavini Səxavət Nuhov, müəllimlər, dini icma üzvləri və gənclər iştirak ediblər.
Çıxışlarda tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, vətənpərvərlik, hər şeydən əvvəl, Vətəni dərin məhəbbətlə sevmək və onun mənafeyini qorumaqdır.O insan vətənə bağlıdır ki, doğma Vətənini müdafiə etsin, mədəniyyətinin, mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunmasının cəfakeşi olsun, bayrağını uca tutsun. Vətənə bağlılıq mənəvi dəyərlərə, ailəyə, bayrağa bağlılıqdır. İslam dinində “Vətəni sevmək  imandandır” buyurulur. Bu o deməkdir ki, əgər bir qəlbdə iman varsa, mütləq Vətən sevgisi də olmalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb

calendar 21-12-2018, 17:33 eye 2 473 eye Paylaş