"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Xaçmazda mənəvi dəyərlərin təbliğinə həsr olunmuş maarifləndirici tədbir keçirilib

Dekabrın 21-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Xaçmaz rayonu Yalama kənd məscidi dini icmasının təşkilatçılığı ilə kənd məscidində “Milli-mənəvi dəyərlərimizi qoruyaq və yaşadaq” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib. 
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) başçısının Yalama kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Ramik Qazıxanov, Xaçmaz rayonu Yalama kənd məscidi dini icmasının sədri Namik Osmanov, dindarlar, ağsaqqallar və kənd ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev geniş məruzə ilə çıxış edərək qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəslə olduğu kimi ötürülməsi ən vacib məsələlərdəndir. Buna görə də dindarlar daha diqqətli olmalı, adət və ənənəmizi pozmağa çalışan qaydaları uzaqlaşdırmalıdır. Milli-mənəvi dəyərlərin təbliğində dövlətin hazırladığı xüsusi proqramlar, strateji planlar vardır ki, dəyərlərimizin özgənikiləşdirilməsi və yaxud olduğu formadan çıxarılaraq dəyişdirilməsinin qarşısı alınır.    
Xaçmaz RİH başçısının Yalama kənd İƏD üzrə nümayəndəsinin müavini Ramik Qazıxanov çıxış edərəb bildirib ki, dövlətimiz milli-mənəvi dəyərlərimizin qorunmasının qarantıdır. Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının I Vitse-prezidenti Mehriban xanım Əliyeva YUNESKO və İSESKO-nun xoş məramlı səfiri kimi bu sahədə çox böyük və uğurlu işlər aparır.   
Xaçmaz rayonu Yalama kənd məscidi dini icmasının sədri Namik Osmanov tədbirdə çıxış edərək bildirib ki, dövlətin dini sahəyə, o cümlədən dindarlara və dini icmalara qayğısı yüksək səviyyədədir. Ölkənin din xadimləri də milli-mənəvi dəyərlərin qorunması və yaşadılması sahəsində maksimum dərəcədə iş aparılır və bunun müsbət təsiri hiss olunmaqdadır. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

calendar 21-12-2018, 17:28 eye 914 eye Paylaş