"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Göyçayda “Vətən nədir” mövzusunda maarifləndirici tədbir keçirilib

Dekabrın 22-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Göyçay rayonu II Ərəbcəbirli kənd məscidi dini icmasının təşkilatçılığı ilə “Bayraq sevgisi” adlı layihə çərçivəsində “Vətən nədir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, şöbənin əməkdaşı Rauf Nəsirov, II Ərəbcəbirli kənd məscidi dini icmasının sədri Rəşad Şirəliyev, dindarlar və dini icma üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev çıxışında bildirib ki, Vətən hər bir insan üçün müqəddəs və əvəzedilməz bir dəyərdir. Vətəni qorumaq və uğrunda canından keçmək isə hər bir vətəndaşın müqəddəs borcudur. O qeyd edib ki, bayraq hər bir millətin varlığının göstəricisidir. Biz bütün milli xüsusiyyətlərimizi “Vətən” anlayışında cəmlədiyimiz üçün Vətən bizə çox müqədddəs, sərhədi isə toxunulmaz və əzizdir.
Göyçay rayonu II Ərəbcəbirli kənd məscidi dini icmasının sədri Rəşad Şirəliyev, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov və dini icmanın təsisçilərindən Məhəmməd Əskərov öz çıxışlarında gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə alaraq Azərbaycanın inkişafına öz töhfələrini verməli, lazım gəldikdə Vətən üçün öz canlarından belə keçməyi bacarmalı olduqlarını vurğulayıblar. 
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

calendar 24-12-2018, 16:22 eye 796 eye Paylaş