“AMIN” (Azerbaijan Multicultural Information Network) elektron xidmətlər və informasiya sistemləri portalı Azərbaycan Respublikası Prezidentinin dövlət strukturlarında və dövlət xidmətlərinin həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarının, innovativ həllərin tətbiqi ilə bağlı fərman və sərəncamlarının icrasını təmin etmək məqsədilə yaradılır.
AMIN portalı dini qurumlarla işin təkmilləşdirilməsi ilə yanaşı, vətəndaşlara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki qurumlar tərəfindən təqdim olunan xidmətlərə və informasiya sistemlərinə real vaxt rejimində operativ çıxış imkanı verəcək.