Bu film Şərqi Zəngəzurun qapısında yerləşən qədim bir yurdun 30 il ərzində viran qoyulmuş torpaqları üzərində yenidən ucaldılmış mavi minarəli məscidin hekayəsidir. İşğalın məhv etdiyi onlarla məscidin acı keçmişindən və ümid dolu gələcəyindən bəhs edir. 30 il sonra azanın ecazkar sədası altında öz doğma torpağına qayıtmış sadə azərbaycanlının, adi vətəndaşın, inanclı bir müsəlmanın timsalında milyonlarla yurddaşımızın duyğularının ifadəsidir. Bu filmin dünyaya verdiyi mesaj ondan ibarətdir ki, XX əsrin keşməkeşli, ziddiyyətli və son dərəcə mürəkkəb reallıqları fonunda 67 məscidi işğaldan azad edən güc İslam dünyası qarşısında ən böyük xidmətlərdən birinə imza atıb və bu tarixə məhz bu cür yazılacaqdır. Çünki insanlar bəzən unutsa da tarix heç nəyi unutmur...