"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Heydər Əliyev Sarayında "Zəfərin 4 anı" adlı ədəbi-bədii gecə keçiriləcək

"Böyük Qayıdış" Gənclər Təşkilatının və ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər Fondu və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, AZTV-nin media tərəfdaşlığı ilə 4 aprel 2024-cü il tarixində Heydər Əliyev Sarayında "Aprel döyüşləri"nin növbəti ildönümünə həsr olunmuş "Zəfərin 4 anı" adlı ədəbi-bədii gecə keçiriləcəkdir.
Şəhidlərimizin əziz xatirəsinə həsr olunan tədbirdə igid Vətən övladlarının torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda göstərdiyi şücaət və qəhrəmanlıqlar bədii, musiqili, teatral formada təqdim ediləcəkdir.

calendar 28-03-2024, 10:04 eye 109 eye Paylaş