"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

"İslam mədəniyyətində birgəyaşayış təcrübəsi" mövzusunda III Beynəlxalq Simpozium keçiriləcək

Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, İndoneziyanın Sunan Kalijaga Dövlət İslam Universiteti, Kırıkkale Universitetinin İslam elmləri fakültəsi və İslam Ölkələri Tətbiq və Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə 28-30 may 2024-cü il tarixlərində İndoneziyanın Cokyakarta şəhərində "İslam mədəniyyətində birgəyaşayış təcrübəsi" mövzusunda III Beynəlxalq Simpozium təşkil olunacaq.

Simpoziumun əsas mövzu və istiqamətləri:
Cəmiyyət
1. İslam mədəniyyətində birgəyaşayış prinsipinin konseptual çərçivəsi
2. Birgəyaşayışın vacibliyi
3. Birgəyaşayış mədəniyyətini gücləndirən amillər
4. Fərqli cəmiyyətlərdə birgəyaşayış təcrübəsi
5. Birgəyaşayış mədəniyyətinə töhfə verən nümunəvi şəxsiyyətlər
6. Birgəyaşayış qarşısında duran maneələr
7. Müsəlman təfəkküründə cəmiyyət anlayışları
8. Qloballaşmanın birgəyaşayışa təsiri (irqçilik, gender ayrı-seçkiliyi, zorakılıq, gəlirlərin qeyri-bərabər bölgüsü)
9. İncəsənətin ictimai şüurun formalaşmasına təsiri
10. İndoneziyada birgəyaşayışın əsas dinamikası

Təhsil
1. Təhsilin birgəyaşayış mədəniyyətinə töhfəsi
2. Təhsil proqramı və birgəyaşayış mədəniyyəti (məktəbəqədər, ibtidai, orta, ali təhsil dövrləri)
3. Rasional və elmi əsaslara uyğun bilik formalaşdırılması
4. Formalaşdırılan biliyin imkanların bərabərliyi kontekstində bölüşülməsi
5. Təhsildə şagird və müəllim fəallığı
6. Din təhsilinin birgəyaşayış mədəniyyətinə töhfəsi
7. Ali dini təhsilin birgəyaşayışa töhfəsi
8. Məktəblərdə din təhsilinin birgəyaşayışa töhfəsi
9. Fərqli elm sahələrində birgəyaşayış təcrübəsi
10. İndoneziyada din təhsili

İslam / İslamiyyət
1. İslamın birləşdirici xüsusiyyəti və məzhəblər
2. Siyasi və etiqadi İslam məzhəblərinin birgəyaşayış mədəniyyətinə töhfələri
3. Fiqh elminin birgəyaşayış mədəniyyətinə təsiri (əhliyyət, məşvərət, əmanət, ədalət və s.)
4. İslam tarixində birgəyaşayışa dair nümunələr
5. Kəlam elminin dinin düzgün başa düşülməsində rolu ("qəzavü-qədər", "Tanrı" və "kainat" anlayışları)
6. Xurafat, fanatizm və təkfirin birgəyaşayışa mənfi təsirləri
7. Quranda birgəyaşayışın əhəmiyyəti
8. Hədis ədəbiyyatında birgəyaşayışın vurğulanması
9. İslam ədəbiyyatının cəmiyyətlərarası inteqrasiyaya təsiri (fundamental mətnlər, şairlər, ozanlar)
10. İndoneziyada İslam və digər dinlərin nümayəndələri ilə münasibətlər


Tezislərin qəbul qaydaları
1. Tezislərin ümumi həcmi 300-350 sözdən ibarət olmalıdır.
2. Təqdim olunan yazının əvvəlində tezisin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı göstərilməlidir.
3. Tezisin əvvəlində müəlliflə bağlı məlumatdan sonra tezisin yazıldığı dildə açar sözlər verilməlidir.
4. Tezisin mətni "A4" formatda, "12" ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, türk, ingilis, ərəb və ya İndoneziya dillərində "Times New Roman" şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: sempozyumbyt@kku.edu.tr

Tezislərin təqdim olunması üçün son tarix: 20.04.2024
Tezislərin qəbul olunduğunun bildiriləcəyi tarix: 25.04.2024


Əlaqə: (012) 436 77 66 (dax. 406)

Məqalələrin qəbul qaydaları:
1. Məqalələr heç bir yerə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır.
2. Məqalələrin həcmi 6-15 səhifə, xülasələrin həcmi 200-250 sözdən ibarət olmalıdır.
3. Məqalələrin mətni "A4" formatda, "12" ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, türk, ingilis, ərəb və ya İndoneziya dillərində "Times New Roman" şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: sempozyumbyt@kku.edu.tr
4. Təqdim olunan yazının əvvəlində məqalənin başlığından sonra müəllifin adı, soyadı, elmi dərəcəsi (olduğu təqdirdə), işlədiyi müəssisə, tutduğu vəzifə və elektron poçt ünvanı göstərilməlidir.
5. Məqalənin əvvəlində müəlliflə bağlı məlumatdan sonra, məqalənin yazıldığı dildə xülasə və açar sözlər verilməlidir.
6. Elmi araşdırmaların yazılma üsullarına uyğun olaraq, beynəlxalq standartlara cavab verən məqalələrdə giriş, ən azı, iki yarımbaşlıq və nəticə olmalıdır.
7. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar vacibdir. Məqalədə istinadlar göstərildiyi yerdən sonra, mötərizədə müəllifin soyadı, nəşrin ili və səhifə nömrəsi sıra ilə verilməlidir. Məs.: (Məmmədov 2007, 17-21).
8. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat bu formatda yerləşdirilməlidir: müəllifin soyadı və adı; nəşr ili (il); kitab; məqalə; konfrans və digərlərinin tam adı (əgər varsa, tərcümə edənin adı və soyadı); nəşr edilən yer; nəşriyyatın adı. Ən sonda səhifələrin sayı göstərilir. Ədəbiyyat siyahısı məqalənin sonunda verilməlidir. Məs.: Məmmədov Akif. (1986). Dünyada dövlət – din münasibətləri. Bakı: Mütərcim. (435 səh.).
9. Xülasə və açar sözlər məqalənin yazıldığı dildən başqa iki xarici dildə, ədəbiyyat siyahısından sonra yerləşdirilməlidir. Hər bir xülasədə məqalənin adı, müəllifin adı, soyadı və elmi dərəcəsi (olduğu təqdirdə) tam göstərilməlidir. Məqalənin müxtəlif dillərdəki xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun gəlməlidir.
10. Müəllif məqalənin keyfiyyətinə, göstərilən faktların dəqiqliyinə və digər məlumatlara görə cavabdehlik daşıyır.

Məqalələrin təqdim olunması üçün son tarix: 20.05.2024
Əlaqə: (012) 436 77 66 (dax. 406)

calendar 12-03-2024, 09:08 eye 435 eye Paylaş