"İslamofobiya məsələsi çox təəssüf ki, bu gün xüsusilə Qərbdə getdikcə artmaqdadır. Hər nə qədər islamofobiyanın səbəbləri, onu ortaya çıxaran amillər barədə bir çox şey söylənsə də, xüsusilə son dövrlərə nəzər saldıqda görürük ki, əsas səbəb siyasidir, siyasətdir". Bu sözləri SİA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib.
O bildirib ki, Qərb əvvəlcədən hazırladığı strategiyalarını həyata keçirmək üçün ən çox istifadə etdiyi məsələlərdən biri də islamofobiyadır: "Əlbəttə digər səbəbləri də inkar etmirik, amma islamofibik hadisələri təhlil etdikdə aydın olur ki, miqrasiya, dini, ictimai, mədəni və s. amillər ikinci dərəcəlidir.
Son illərdə Avropa ölkələrində işlənən cinayətlərdə islamofobiyadan qaynaqlanan cinayətlər xüsusi yer tutur. Müsəlmanların ibadətgahlarına hücumların sayı artmaqda davam edir, Qurani-Kərimin yandırılması hadisələri çoxalıb. Yaxın gələcəkdə bu sahədə həlledici addımlar atılmayacağı təqdirdə daha ağır nəticələrin ortaya çıxacağına şübhə yoxdur.
Azərbaycanda belə bir tədbirin keçirilməsi həm ölkəmizin bu sahədəki böyük təcrübəsi, həm tarixi mirası, həm də coğrafi-mədəni sərhədləri baxımından əhəmiyyətlidir. Ötən illərdə də ölkəmizdə bu cür tədbirlər təşkil olunub. Azərbaycanda artıq dinlərarası və mədəniyyətlərarası barışla bağlı beynəlxalq tədbirlər ənənə halını alıb. Qarşıdan 15 Mart- Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü gəlir. Düşünürəm ki, bu gün ərəfəsində Bakıda keçirilən konfrans bu mövzudakı problemlərə işıq tutacaq, onların həllinə öz töhfəsini verəcəkdir".
Müəllif: Səbinə Hüseynli
Sia.az