"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Bərdə rayonunda region gənclərinin iştirakı ilə "Ulu Öndər: Dəyərlərimizin xilaskarı" adlı üçgünlük seminar başa çatıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 23-25 noyabr tarixlərində Bərdə rayonunda gənclər üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə təşkil olunan "Ulu Öndər: Dəyərlərimizin xilaskarı" adlı seminar öz işini başa çatdırıb.
Qeyd edək ki, gənclər arasında milli-mənəvi dəyərlərimizin, Azərbaycançılıq məfkurəsinin və Heydər Əliyev irsinin təbliği, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə həyata keçirilən üçgünlük tədbirdə Bərdə rayonu ilə yanaşı, Ağcabədi, Ağdam və Beyləqan rayonlarından olan ümumulikdə 60 nəfər gənc iştirak edib. 
Seminar çərçivəsində ekspertlər tərəfindən müxətlif mövzularda mühazirə və diskussiyalar təşkil edilib, Fondun dəstəyi ilə hazırlanmış "Heydər Əliyev 100: Mənəviyyata bağlı ömür" və "Müzəffər Komandan" adlı sənədli filmlər nümayiş etdirilib, rayon ərazindəki tarixi-mədəni abidələrə səfər, "Dəyərlərimizi öyrənək" adlı intellektual yarış, eləcə də digər əhəmiyyətli tədbirlər həyata keçirilib.

calendar 27-11-2023, 13:36 eye 297 eye Paylaş