Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd olunması, xatirəsinin yad edilməsi və irsinin öyrənilməsi məqsədilə yeniyetmə və gənclər arasında elan etdiyi “Ulu Öndərin izi ilə” adlı rəsm müsabiqəsinin qalibləri müəyyən olunub.
Fevralın 1-də elan edilən müsabiqəyə müraciətlərin qəbulu 20 aprel tarixində başa çatıb. Müsabiqəyə təqdim edilən 34 iştirakçının göndərdiyi rəsm əsərləri aşağıda adları qeyd edilən Qiymətləndirmə Komissiyasının üzvləri tərəfindən yoxlanılıb:
1) Sirus Mirzəzadə - Azərbaycanın xalq rəssamı
2) Ziyadxan Əliyev - Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru
3) Samir Sadıqov - Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Qiymətləndirmə Komissiyasının qərarına əsasən müsabiqənin qalibləri aşağıdakılardır:
1-ci yer: Nabatəliyeva Nursalə
2-ci yer: Vəliyeva Nigar
3-cü yer: Məmmədzadə Elmar
Həvəsləndirici yer: Fətullayev Yavər
Həvəsləndirici yer: Nəzərova Finarə
Həvəsləndirici yer: Rəhmanlı Fəridə
Həvəsləndirici yer: Qocayeva Jalə
Həvəsləndirici yer: Abdullayev Babək
Qalibləri təbrik edirik!