"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Türk - İslam sənətlərinin tədrisi və təbliği kursu öz işini davam etdirir

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və "İçərişəhər Həzrəti Məhəmməd" məscidi dini icmasının birgə təşkilatçılığı ilə "Türk - İslam sənətlərinin tədrisi" kursu öz işini davam etdirir.
Tanınmış rəssam Tünzalə Məmmədzadə və TEM-ART sənət mərkəzinin peşəkar müəllimləri tərəfindən təşkil edilən kursda gənclərə, tələbələrə İslam sənətləri ilə bağlı biliklər öyrədilir, təsviri sənətdə İslami mövzuların tətbiqi, İslami ornamentlərin tətqiq edilməsi və praktik tətbiqi ilə bağlı seminarlar keçirilir. Beş aylıq kursun sonunda iştirakçıların hazırladıqları sənət nümunələrindən ibarət sərginin keçirdilməsi planlaşdırılır.

calendar 10-04-2023, 16:15 eye 192 eye Paylaş