Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlərin yerinə yetirilməsi, Heydər Əliyevin anadan olmasının 100-cü ildönümününün qeyd olunması, xatirəsinin yad edilməsi və irsinin öyrənilməsi, yeniyetmə və gənc istedadlı rəssamların üzə çıxarılmasıdır. Məzmunu, sənətkarlıq xüsusiyyətləri, bədii düşüncə tərzi ilə fərqlənən əsərlər yaradıcı gənc rəssamların Ümumilli Liderə məhəbbətinin ifadəsinin göstəricisi olacaqdır. Müsabiqəyə təqdim olunan materiallar aşağıdakı qaydalar üzrə qəbul ediləcək:
İsiqamətlər:
Heydər Əliyevin portreti, eyni zamanda onun adı ilə bağlı olan memarlıq abidələri, Ulu Öndərin hakimiyyəti dövründə bərpa edilən və yeni yaradılan mədəniyyət abidələri, abadlıq-quruculuq işlərini özündə əks etdirən rəsmlər qəbul olunur.
Müsabiqənin şərtləri:
• Müsabiqədə 14-35 yaş aralığında olan şəxslər iştirak edə bilərlər.
• Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs yalnız bir istiqamət üzrə bir əsər təqdim edə bilər.
• Müsabiqəyə təqdim edilən material müəllifin özünə məxsus olmalı, plagiat xarakteri daşımamalıdır.
• Kənar şəxslərin müdaxiləsi, həmçinin kompüter qrafikası proqramları ilə hazırlanan rəsmlər qiymətləndirilməyəcək.
• Təqdim olunan rəsmlərdə janr məhdudiyyəti yoxdur.
• Seçim zamanı düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
Qeyd 1: Müsabiqədə iştirak etmək istəyən şəxslər hazırladıqları rəsm əsərini birbaşa və yaxud poçt vasitəsilə Mənəvi Dəyərlərin Təbliği Fonduna təqdim etməlidir.
Qeyd 2: Müsabiqə materialları Fonda təqdim olunan zaman ayrıca vərəqdə aşağıdakı məlumatlar mütləq qeyd edilməlidir:
1) Ad, soyad, ata adı
2) Əlaqə nömrəsi
3) Təvəllüdü
4) Təhsil aldığı müəssisənin adı (Əgər varsa)
Qeyd 3: Nəzərinizə çatdırırıq ki, müsabiqə üzrə materialların qəbulu 20 fevral 2023-cü il tarixdən 20 aprel 2023-cü il saat 17:00-dək müddəti əhatə edir.
Mükafat:
I yer - 1000 AZN
II yer - 800 AZN
III yer - 600 AZN
Hər biri 300 AZN olmaqla 5 həvələndirici mükafat
Əlaqə vasitələri:
Tel: 012-436-98-33
E-mail: mdtf.press@gmail.com
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 29
Əlaqədar şəxsin nömrəsi : 055-475-87-09