Azərbaycan Respublikasının Dövlət Himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Bu müqəddəs səda dünyadakı 50 milyon soydaşımızın ortaq dəyəri və istinadgahıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə rəsmi olaraq Dövlət Himni kimi təsdiqlənməyən bu şanlı nəğmə dövlətçiliyimizin varisliyinin əsası olaraq, müstəqillik dövründə rəsmiləşərək dünyada yaşayan hər bir azərbaycanlının qürur mənbəyinə çevrilmişdir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu nun sifarişi əsasında hazırlanan, Dövlət Himni və onun sözlərinin müəllifi Əhməd Cavada həsr edilən “Himnimizin şairi” adlı videoçarxı təqdim edirik.