Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun 8 noyabr – Zəfər Günü münasibətilə ölkəmizdə fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri (İslam və qeyri-islam) arasında “Haqqın zəfəri” adlı yazı müsabiqəsinin qalibləri müəyyən olunub. Sentyabrın 1-də elan edilən müsabiqəyə müraciətlərin qəbulu 20 oktyabr tarixində başa çatıb. Müsabiqəyə təqdim edilən 49 iştirakçının yazısı aşağıda adları qeyd edilən Qiymətləndirmə Komissiyasının üzvləri tərəfindən yoxlanılıb:
1) Abbas Qurbanov - Gəncliyə Yardım Fondunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru
2) Əli Rzayev - Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinin baş müəllimi, şərqşünas yazar
3) Elvüsal Məmmədov - Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı
Qiymətləndirmə Komissiyasının qərarına əsasən müsabiqənin qalibləri aşağıdakılardır:
1-ci yer: Abbasov Zaur - Astara rayonu Vaqo kəndi Cümə məscidinin dini icmasının sədri
2-ci yer: Pirəliyev Qənimət - Siyəzən şəhər cümə məscidi dini icmasının sədri
2-ci yer: Dursunov Əlisəfa - Oğuz rayon Tərkeş məscidi dini icmasının sədri
3-cü yer: Aslanov Əlyəsə - Şəki Mərkəzi Cümə Məscidinin İmamı
3-cü yer: Kazımlı Mirkazım - Abşeron rayonu Güzdək qəsəbəsi "Rəsulullah" məscidinin imamı
3-cü yer: Bəşirov Kamal - Oğuz rayonu Sincan kənd məscidinin imamı
Həvəsləndirici yer: Xəlilov Habil - Şəki şəhər Ömər Əfəndi
məscidinin imam müavini
Həvəsləndirici yer: Bəşirov Seymur - Qax rayonu Qum kəndi “Cümə” məscidinin imam müavini
Həvəsləndirici yer: Cəlilov Şövkət - Oğuz şəhər “Cümə” məscidinin imamı
Həvəsləndirici yer: İbrahimov İdris - İsmayıllı rayon Quşencə kənd məscidinin imamı
Həvəsləndirici yer: İsmayılov Təsvir - Abşeron rayon Mehdiabad qəsəbə məscidinin imamı
Qalibləri təbrik edirik!