"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondu Qurani-Kərim hafizləri arasında müsabiqə elan edir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Azərbaycan İlahiyyat İnstitutu və Şamaxı rayonu Göylər kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə Qurani-Kərim hafizləri arasında Vətən Müharibəsi şəhidi hafiz Elgün Quliyevin xatirəsinə həsr edilmiş müsabiqə elan edilir.
İki mərhələdən ibarət olacaq müsabiqənin 1-ci mərhələsi Bakı, 2-ci (final) mərhələsi isə Şamaxı şəhərində keçiriləcək. 1-ci mərhələdə müvəffəqiyyət qazanmış 15 nəfər arasında final yarışması təşkil olunacaq. Finalda ən yüksək göstəricilərə malik olan 5 nəfər müsabiqənin qalibi elan olunacaq.
Qeyd edək ki, müsabiqə Qurani-Kərimin 30-cu cüzü əsasında təşkil olunacaq.
 Müsabiqədə iştirak üçün kriteriyalar:
• Yaşı 16-dan 30-dək olan şəxslər
Müsabiqə şərtləri:
• Xətasız qiraət etmək
• Təcvid qaydalarına riayət etmək
• Gözəl oxunuşa (hüsnül-əda) riayət etmək
QEYD: Müsabiqədə iştirak etmək istəyən şəxslərdən şəxsiyyət vəsiqəsinin surətini, mobil nömrə və yaşadığı yer (yaşadığı şəhər və ya rayonun adı) haqqında məlumatları mdtf.press@gmail.com ünvanına göndərmələri xahiş olunur.
Mükafat:
I yer – 1000 AZN
II yer – 800 AZN
III yer – 600 AZN
IV yer – 500 AZN
V yer – 400 AZN
Müsabiqəyə sənəd qəbulunun müddəti: 8 – 31 avqust 2022-ci il
1-ci mərhələnin keçiriləcəyi tarix: 6-8 sentyabr 2022-ci il
Final mərhələsinin keçiriləcəyi tarix: 16 sentyabr 2022-ci il
Əlaqə: 
Tel: (012) 436 98 54;
Mob: 055 228 49 80
E-mail: mdtf.press@gmail.com 
Ünvan: Bakı şəhəri, Ə.Naxçıvani küç., 29

calendar 8-08-2022, 15:32 eye 477 eye Paylaş