Oğuzda mətbuat nümayəndələri üçün "Media və mənəvi dəyərlər" adlı ikigünlük seminar-treninq və müzakirələr keçirilib. Seminar-treninq “Dəyərlər media və təhsil kontekstində”, “Media və dini dəyərlər”, “Media reallığı: fəlsəfi və siyasi məqamlar” mövzularını əhatə edib. Çıxışlarda milli-mənəvi dəyərlərimizdən, dil, din, ailə, milli mənsubiyyət, müstəqillik, azərbaycançılıq ideologiyası və digər önəmli nüanslardan danışılıb, maraqlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib. Qeyd edək ki, seminar Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, Oğuz şəhəri "Cümə" məscidi dini icmasının təşkilatçılığı ilə keçirilib.