"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun mətbuat nümayəndələri arasında elan etdiyi “Mənəvi dəyərlərimiz: vətənpərvərlik” adlı müsabiqənin qalibləri müəyyən olunub

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun 22 iyul - Azərbaycanda Milli Mətbuat və Jurnalistika günü ilə əlaqədar olaraq mətbuat nümayəndələri arasında şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş "Mənəvi dəyərlərimiz: vətənpərvərlik" adlı məqalə müsabiqəsinin qalibləri müəyyən olunub. İyunun 1-də elan edilən müsabiqəyə müraciətlərin qəbulu 15 iyul tarixində başa çatıb. Müsabiqəyə təqdim edilən 36 iştirakçının məqaləsi aşağıda adları qeyd edilən Qiymətləndirmə Komissiyasının üzvləri tərəfindən yoxlanılıb:
1) İlqar Fəhmi – Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı, kinodramaturq
2) Qəşəm Nəcəfzadə - Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist
3) Yadigar Məmmədli  – Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, jurnalist
Qalibləri təqdim edirik:
1-ci yer: Elçin Mehdiyev - "Trend" İnformasiya Agentliyi
2-ci yer: Səbuhi Məmmədli – Lent.az xəbər portalı 
3-cü yer: Akqabay Mıradov – Publika.az xəbər portalı
Həvəsləndirici yer: Elçin Bayramlı – “SƏS” qəzeti
Həvəsləndirici yer: Təhməz Əsədov – Milli.az xəbər portalı
Həvəsləndirici yer: Seymur Əliyev – Moderator.az xəbər portalı
Həvəsləndirici yer: Mirmahmud Mahmudov – “Report” İnfirmasiya Agentliyi
Qalibləri təbrik edirik!

calendar 22-07-2022, 10:33 eye 342 eye Paylaş