"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondu sosial şəbəkə istifadəçiləri arasında keçirdiyi “Bizi ucaldan dəyərlər” adlı video müsabiqəsinin nəticələrini elan edir

Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən sosial şəbəkə (Facebook, İnstagram, TikTok, Youtube) istifadəçiləri arasında “Bizi ucaldan dəyərlər” adlı müsabiqə təşkil olunmuşdu. Əsas məqsədi milli-mənəvi, eləcə də ümumbəşəri dəyərlərin tanıdılması və sosial şəbəkələr vasitəsilə təbliğ edilməsi olan müsabiqənin müddəti 16 mart – 31 may 2022-ci il tarixlərini əhatə edirdi. Müsabiqəyə ümumilikdə 23 video status təqdim olunub. 
Münsiflər heyətinin qərarına əsasən müsabiqənin qalibləri aşağıdakılardır:
1-ci yer: Tağızadə Məleykə
2-ci yer: Fətullayeva Vüsalə 
3-cü yer: Orucov Elmar
Həvəsləndirici: Şahbazov Ceyhun
Həvəsləndirici: Məmmədov Ruslan
Həvəsləndirici: Nəsibli Fikrət
Həvəsləndirici: Məhərrəmova Maya
Həvəsləndirici: Gülməmmədov Toğrul
Qalibləri təbrik edirik!

calendar 9-06-2022, 11:27 eye 273 eye Paylaş