Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu 23-24 aprel tarixlərində Xırdalan şəhərində təşkil edilən “Oxu günü-8” sərgi-festivalında iştirak edir. Sərgidə Fondun sifarişi əsasında nəşr edilən kitab nümunələri nümayiş edilərək iştirakçılara təmənnasız olaraq paylanılır.
Məlumat üçün bildirək ki, hər il aprelin 23-də “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə “Gəlin birgə oxuyaq!” şüarı ilə keçirilən sərgi-festivalda otuza yaxın nəşriyyat, ondan çox kitab mağazası, yazıçılar, şairlər, ziyalılar, incəsənət nümayəndələri, uşaq inkişaf mərkəzləri iştirak edir.