"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Fondun maliyyə dəstəyi, Lənkəran şəhəri Kiçik Bazar "Hüseyniyyə" məscidi dini icması və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, Lənkəran şəhəri Kiçik Bazar "Hüseyniyyə" məscidi dini icması və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Lənkəran şəhərində 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Lənkəran rayonunda yaşayan şəhid ailələrinin qadın üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Lənkəran şəhər icra hakimiyyətinin nümayəndələri Cavad Miriyev və Könül Manafova, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Lənkəran bölgəsi üzrə qazisi Qəni Axundzadə, Biləsuvar Qadın Resurs Mərkəzinin rəhbəri Natavan Əzizova və şəhid anaları çıxış ediblər. Sonda şəhidlərin əziz xatirəsi yad edilib və onların ruhuna dualar oxunub.

calendar 8-03-2022, 01:22 eye 491 eye Paylaş