"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Oğuzda maarifləndirici tədbir keçirilib

Dekabrın 12-də şəhid Vüqar İbrahimov adına Oğuz rayonu Xaçmaz kənd tam orta məktəbində, “Birliyimizi qoruyaq“ mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə məsləhətçisi Samir Salehov, Xaçmaz kənd Cümə məscidinin imamı Kənan Hacıbabayev, Xaçmaz kənd dini icmasının sədri Fəxrəddin İslamlı, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar ulu öndərin xatirəsi ehtiramla yad edilib. 
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vüsal Hacıyev  bu kimi tədbirlərin aktuallığını vurğulayaraq qeyd etdi ki, birlik anlayışının gənclərə aşılanması gələcəyimizin təminatıdır.   
Sonra çıxış edən DQİDK nın Şəki bölgəsi üzrə məsləhətçisi Samir Salehov Azərbaycan xalqının tarixin müxtəlif mərhələlərində ağır sınaqlarla üzləşməsindən söz açaraq qanımız və canımız bahasına qovuşmuş olduğumuz siyasi müstəqilliyimizin qorunması üçün birlik, vəhdət amilinin vacibliyini qeyd etdi.    
Xaçmaz kənd dini icmasının sədri Fəxrəddin İslamlı çıxış edərək bildirib ki, zəngin mədəni – mənəvi irsə və tolerantlıq ənənələrinə malik Azərbaycan ən qədim sivilizasiya mərkəzlərindən biri olub, uzun əsrlərdən bəri müxtəlif dinlərə mənsub insanların dostluq və əmin-amanlıq şəraitində yaşadığı diyarıdır. Burada ümumbəşəri dəyərləri ehtiva etməklə ölkəmizin İslam aləmində özünəməxsus mövqeyi ilə seçilməsinə yol açan onu eyni zamanda dinlərarası dialoqun bənzərsiz  məkanı olaraq tanıdan yeni mühit təşəkkül tapmışdır.
2017 – ci ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən “İslam Həmrəyliyi İli” elan edilməsi beynəlxalq ictimaiyyət tərəfindən zamanın birlik çağırışlarına cavab verən cox əhəmiyyətli addım kimi böyük rəğbətlə qarşılanmışdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb     

calendar 12-12-2018, 16:54 eye 1 164 eye Paylaş