"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Fondun maliyyə dəstəyi, Cəlilabad rayonu Zərbiəli kənd məscidi dini icması və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Cəlilabad rayonunda 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Tədbirdə Cəlilabad rayonunda yaşayan şəhid ailələrinin qadın üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, Cəlilabad RİH Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fizuli Cəfərov, Qafqaz Müsəlmanları İdarəsinin Masallı bölgəsi üzrə qazisi Rəşid Talıbov və şəhid anaları çıxış ediblər, şəhidlərin ruhuna dualar oxunub.
Növbəti tədbirlər Masallı rayonunda və Lənkəran şəhərində təşkil edilib.

calendar 8-03-2022, 00:58 eye 444 eye Paylaş