"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Lənkəran Dövlət Universitetində “Qəhrəmanlar Unudulmur” adlı tədbir keçirilib

Tədbirdə Universitetin professor-müəllim heyəti, tələbə gənclər, şəhid ailələri, qazilər və KİV nümayəndələri iştirak edib. 
 Tədbiri giriş sözü ilə açan Universitetin prorektoru şəhid baş leytenant Vüsal Kazımovun atası dosent Kamran Kazımov Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin daima qəlblərdə yaşayacağını, gələcək nəsillərin onları daima hörmət və ehtiramla, qürur mənbəyi olaraq yad edəcəklərini bildirib. Həm şəhid zabitin valideyni, həm də böyük bir tədris elm ocağının müəllimi olaraq Azərbaycan haqqında həqiqətlərin gənc nəsilə çatdırılması, yetişməkdə olan nəslin Vətənə, torpağa sevgi ruhunda böyüdülməsini qarşımıza məqsəd qoymalıyıq.
 "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxışında qeyd etmişdir ki, regionlarda, ali təhsil müəssisələrində bu cür tədbirlərin təşkili qəhrəmanlarımızın tanıdılmasına, onların xatirələrinin əbədilşməsinə dəstək verir. 
 Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxışında qeyd etdi ki, Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdır. Bu məqsədlə Azərbaycanın hər bir bölgəsində şəhid ailələri ilə görüşlər təşkil edilir. Onların qayğı və problemləri öyrənilir.
 Tədbirdə Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan Lənkəran şəhidlərinə həsr olunan video-rolik nümayiş etdirilib.

calendar 5-03-2022, 11:39 eye 514 eye Paylaş