"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Bakıda "Prezident İlham Əliyevin siyasəti: biz birlikdə güclüyük!" mövzusunda konfrans keçirilib

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və tabeliyindəki qurumların rəhbər şəxsləri, Milli Məclisin deputatıYeni Azərbaycan Partiyası, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçiləri, dini konfessiya rəhbərləri iştirak ediblər.
Konfrans çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında Vətən müharibəsində vahid amal uğrunda dəmir yumruq kimi birləşən müxtəlif xalqlaın və dinlərin mənsubu olan azərbaycanlıların birliyindən, həmrəyliyindən bəhs edən “Dəmir yumruq” sənədli filmi də nümayiş olunub.
Tədbirdə, eyni zamanda Azərbaycan İlahiyyat İnstitutu tərəfindən nəşr edilən dövlət başçısının 6 dildə xalqımızın milli-mənəvi dəyərləri haqqında fikirlərini ehtiva edən "Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimiz haqqında fikirləri" adlı kitabın təqdimatı keçirilib.

calendar 22-12-2021, 18:36 eye 422 eye Paylaş