"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Ağsuda maarifləndirici tədbir keçirilib

Dekabrın 13-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının təşkilatçılığı ilə Ağsu rayon Ərəbuşağı kənd tam orta məktəbində “Mənəvi dəyərlərimiz və gənclər” adlı layihə çərçivəsində “Şəhidlik anlayışı” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşları Cavid Əhmədov, Seyidkamil Mirhəsənli, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Kənan Tacızadə, Rayon Təhsil şöbəsinin metodisti Bəxtiyar Əhmədli, məktəbin direktoru Məzahir İbrahimov,  Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının sədri Nurəddin İslamov, müəllimlər və gənclər iştirak ediblər.
Çıxışlar zamanı şəhidlik anlayışı, İslam dinində şəhidlik, dinimizin şəhidlik məqamına verdiyi dəyər v.s mövzularda fikir mübadiləsi aparılıb. Bildirilib ki, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini yaşatmaq, ruhlarına dualar oxumaq hər azərbaycanlının vətəndaşlıq borcudur və bu qəhrəman şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb

calendar 13-12-2018, 16:46 eye 912 eye Paylaş