"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Sumqayıtda gənclərlə görüş keçirilib

Bu gün Sumqayıt Gənclər evində “Milli-mənəvi dəyərlərimiz gənclərin gözü ilə” mövzusunda gənclərlə görüş keçirilib. Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Sumqayıt nümayəndəliyinin direktoru Sevinc Salehqızı, Sumqayıt Gənclər evinin direktoru Nərgiz Nağıyeva və gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan GİKM-in Sumqayıt nümayəndəliyinin direktoru Sevinc Salehqızı milli-mənəvi dəyərlərimizin gənclər arasında təbliğində bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Sumqayıt Gənclər evinin direktoru Nərgiz Nağıyeva mövzunun əhəmiyyətinə toxunaraq bildirib ki, insanı cəmiyyətdə formalaşdıran, onun inkişafında müstəsna rolu olan mənəvi dəyərlərin qorunması və təbliği olduqca vacibdir.
Daha sonra Fondun dəstəyi ilə hazırlanmış “İlham Əliyev – dəyərlərimizin keşiyində” adlı sənədli film nümayiş olunub.
Gənclər qarşısında geniş məruzə ilə çıxış edən Fondun icraçı direktoru Mehman İsmayılov dəyərlər sisteminin formalaşmasından, onun mahiyyətindən, cəmiyyətin inkişafındakı rolundan, müxtəlif mədəniyyətlərin ortaq və fərqli cəhətlərindən, mədəniyyətlərin inkişafında müasirliyin ənənəyə dayanmasının vacibliyindən danışıb.
Sonda tədbirdə iştirak edən gənclərə Fondun dəstəyi ilə nəşr edilmiş kitablar hədiyyə edilib.

calendar 3-12-2021, 15:16 eye 393 eye Paylaş