"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Yevlax rayonunda “Tarixilik və mənəvi dəyərlər” mövzusunda maarifləndirici tədbir keçirilib

13.12.2018-ci ildə Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Yevlax rayon Xaldan kənd “Cümə” məscidi dini icması “Milli-mənəvi dəyərlərin və adət-ənənələrin gənclər arasında düzgün təbliği” adlı layihə çərçivəsində “Tarixilik və mənəvi dəyərlər” mövzusunda maarifləndirici tədbir keçirib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, həmin şöbənin məsləhətçisi Vüsal Hüseynli, DQİDK-nin əməkdaşı Aqşin Əliyev, Yevlax rayon Xaldan kənd “Cümə” məscidi dini icma sədri Vaqif Xəlilov, Yevlax şəhər “Cümə” məscidinin imamı, QMİ-nin səlahiyyətli nümayəndəsi Namiq Əliyev, qeyd olunan məscidin digər imamı Nəsib Xəlilov, Yevlax rayon Xaldan kənd İcra nümayəndəsi Elxan Məmmədov, Mingəçevir şəhəri “Heydər” məscidinin imam müavini, ilahiyyatçı Müşfiq Nəcəfov, Yevlax rayon Xaldan kənd kompleks tam orta məktəbinin müəllim və şagird kollektivi ziyalılar, gənclər və  kənd sakinləri iştirak edib. 
Tədbiri giriş sözü ilə açan DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximixi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərlərimizi qoruyub saxlamağın hər bir azərbaycanlının müqəddəs mənəvi borcu olduğunu qeyd edərək, milli-mənəvi dəyərlərimizin min illər əvvəl formalaşdığını, tarixi kökə malik olduğunu və vahid xalq olaraq formalaşmağımızda da əhəmiyyətli rola malik olduğunu vurğulayıb. Eyni zamanda, Natiq Əfəndiyev Azərbaycan xalqının tarixi kökünə sadiq qaldığını və bu gün də Azərbaycanın müasir dünyada yeni meyyarları ilə yollar açdığını qeyd edib. Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aqşin Əliyev mövzu ətrafında geniş çıxış edərək, Azərbaycan xalqının dünyanın ən mədəni və zəngin mənəvi dəyərlərinə malik xalq olduğunu qeyd edib. Bununla yanaşı, Azərbaycan xalqının tarixin istənilən mərhələlərində öz milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə, soy-kökünə, bağlı qaldığını vurğulayan Aqşin Əliyev müasir dövrümüzdə müasirlik anlayışının milli-mənəvi dəyərlərin və adət-ənənələriin itirilməsi demək olmadığını, əksinə adət-ənənələrin və milli-mənəvi dəyərlərin müsirlik fonunda da var ola bildiyini qeyd edib. Daha sonra tədbirdə çıxış edən Yevlax şəhəri “Cümə” məscidinin imamı və  QMİ-nin səlahiyyətli nümayəndəsi Namiq Əliyev tarixən öz mənəvi dəyərlərinə və adət-ənənələrinə sadiq qalan Azərbaycan xalqının dünya miqyasında öz mənəvi dəyərləri ilə örnək olduğunu qeyd edərək, gənclərimizin milli dəyərlərimiz, adət-ənənələrimiz çərçivəsində düzgün maarifləndirilməsini və  bu kimi maarifləndirici tədbirlərin vacibliyini qeyd edib.
Daha sonra mövzu ətrafında geniş çıxış edən Mingəçevir şəhəri “Heydər” məscidinin imam müavini, ilahiyyatçı Müşfiq Nəcəfov dövlətimizn İslam dininə və dindarlara göstərdiyi qayğıdan bəhs edərək, milli-mənəvi dəyərlərimizin tarix səhnəsindən silinməməsinin səbəbi kimi, xalqımızın tarixən öz milli dəyərlərinə, dilinə, adət-ənənələrinə qayğısndan və hörmətindən qaynaqlandığını qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

calendar 13-12-2018, 15:14 eye 1 616 eye Paylaş