Tədbirdə BANM-in professor, müəllim, tələbə heyəti, Şəhid və qazi ailələri, Milli Məclisin vitse-spikeri Adil Əliyev, Ombudsman Səbinə Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, millət vəkilləri, KİV və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbirdə xalqımızın erməni işğalçılarına qarşı mübarizəsindən bəhs edən “Zəfər yolu” filmi də təqdim edilmiş, həmçinin “Vətənim Azərbaycandır!” adlı esse yazı müsabiqəsin qalibləri mükafatlandırılmışdır.
Tədbir Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin çıxışı ilə davam etmişdir.