"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Hərbi Qənimətlər Parkında “Zəfərdən zəfərə” adlı tədbir keçirilib

  Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Veteran Tankçılar İctimai Birliyinin təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkında “Zəfərdən zəfərə” adlı tədbir keçirilib. Tədbirdə Vətən Müharibəsi iştirakçıları, hərbçilər, gənclər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak edib.
  Tədbir çərçivəsində hərbi vətənpərvərlik mövzusunda rəsm sərgisi təşkil olunub. Sərgidə 35 rəssamın 44 günlük Vətən Müharibəsinin ildönümü münasibətilə hazırladığı 44 rəsm əsəri nümayiş olunub. Tədbirdə Fondun icraçı direktoru Mehman İsmayılovun, İctimai Birliyin sədri Hacı Əzimovun və digər qonaqların vətənpərvərlik dəyərlərinin təbliği ilə bağlı çıxışları dinlənilib. Həmçinin sərgidə əsərləri nümayiş olunan rəssamlara diplomlar, tədbirdə iştirak edən müharibə iştirakçıları və mədəniyyət sahəsində çalışan bir sıra şəxslərə isə fəxri fərmanlar təqdim olunub.
  Tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun nəşr etdirdiyi kitablar nümayiş etdirilib və iştirakçılara paylanılıb.

calendar 22-10-2021, 14:46 eye 422 eye Paylaş