"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaranmasının dörd illiyi münasibətilə Ulu Öndər Heydər Əliyevin məzarına, Şəhidlər Xiyabanına və ikinci Fəxri Xiyabana ziyarət təşkil olunub

Oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi və kollektivi Fondun yaradılmasının 4 illiyi münasibəti ilə Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını, eləcə də 2-ci Fəxri Xiyabanda Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.
Qeyd edək ki, Mənəvi Dəyərlərin Təbliği Fondu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb.
#MDTF #4il

calendar 10-10-2021, 11:39 eye 337 eye Paylaş