Sentyabrın 27-də Alban-Udi xristian dini icmasının üzvləri “Anım Günü” ilə əlaqədar Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksinə və Laçın rayonundakı Ağoğlan monastırına səfər ediblər. Qədim Alban məbədlərini ziyarət edən icma nümayəndələri burada dini ayinlər icra edib, Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxuyublar.
Tədbirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.