"Xalqı həmişə mənəviyyat birləşdirmişdir.
Çünki başqa əsaslara nisbətən
mənəvi əsaslar daha üstündür".
Heydər Əliyev

Şəhidlərin doğum günlərində onların ailələrinin ziyarəti davam edir

Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə qarşıdan gələn "Anım Günü" münasibətilə Vətən Müharibəsi şəhidlərinin doğum günlərində onların ailələrinə ziyarətlər təşkil edilir. Bir sıra müsəlman dini icmaları ilə birgə ölkənin müxtəlif şəhər və rayonlarında təşkil edilən ziyarətlərdə şəhidlərimizin ailələri ilə görüşlər keçirilir, onlara müxtəlif hədiyyələr, o cümlədən Qurani-Kərim kitabları hədiyyə edilir və şəhidlərin ruhuna dualar oxunur.

calendar 24-09-2021, 11:07 eye 465 eye Paylaş